Zeitschriftenartikel zum Thema „Uşaqlar üçün“

Um die anderen Arten von Veröffentlichungen zu diesem Thema anzuzeigen, folgen Sie diesem Link: Uşaqlar üçün.

Geben Sie eine Quelle nach APA, MLA, Chicago, Harvard und anderen Zitierweisen an

Wählen Sie eine Art der Quelle aus:

Machen Sie sich mit Top-50 Zeitschriftenartikel für die Forschung zum Thema "Uşaqlar üçün" bekannt.

Neben jedem Werk im Literaturverzeichnis ist die Option "Zur Bibliographie hinzufügen" verfügbar. Nutzen Sie sie, wird Ihre bibliographische Angabe des gewählten Werkes nach der nötigen Zitierweise (APA, MLA, Harvard, Chicago, Vancouver usw.) automatisch gestaltet.

Sie können auch den vollen Text der wissenschaftlichen Publikation im PDF-Format herunterladen und eine Online-Annotation der Arbeit lesen, wenn die relevanten Parameter in den Metadaten verfügbar sind.

Sehen Sie die Zeitschriftenartikel für verschiedene Spezialgebieten durch und erstellen Sie Ihre Bibliographie auf korrekte Weise.

1

Nəzərova, Səmayə. „Təsviri incəsənət dərslərində şagirdlərə tərbiyəvi hislərin aşilanmasi texnikasi“. InterConf, Nr. 42(189) (20.02.2024): 350–54. http://dx.doi.org/10.51582/interconf.19-20.02.2024.035.

Der volle Inhalt der Quelle
Annotation:
İncəsənət vasitəsi ilə uşaqlarda gözəlliyə maraq və məhəbbət tərbiyə olunur, estetik hisslər inkişaf edilir. Onların qarşısında əhatə olunan aləmin forma və hərəkətlərinin zənginliyi və rəng müxtəlifliyi açılır. İncəsənət vasitəsi ilə uşaqlar, onlar üçün yeni olan həyat hadisələri, yeni əşyalarla tanış olur. Ölkəmizdə baş verən yenilikləri görür və ideya səviyyələri artır. Qabaqcıl pedaqoqların fikrincə «Uşaqlara incəsənət vasitəsi ilə öz düşüncə və hisslərini dərindən dərketmək və özünü dərketməklə yanaşı, başqalarım dərketmək və beləliklə, kollektivə dalıa sıx yaxınlaşmaq və kollektiv içərisində inkişaf edərək, onlarla ünsiyyətdə olaraq, daha yeni dolğun həyat tərzi yaşamağa yardımçı olmaq lazımdır.» Əsərləri seçərkən çalışmaq lazımdır ki, onlar uşaqların inkişafına müsbət təsir göstərsin, yəni onlarda əks olunan həyat hadisələri, uşaqlarda müsbət hisslər tərbiyə etsin. Uşaqlara göstərilən və müşahidə etdirilən əsərlərin məzmunu müxtəlif və zəngin olmalıdır. Lakin, bu əsərlər, uşağın yaş səviyyəsinə uyğun, yəni onlar tərəfindən başa düşülən olmalıdır. İncəsənətin qavramlması tədricən inkişaf' edir, buna görə da məktəbəqədər yaşlı uşaq üçün ayrılmış əsərlərə bir sıra tələblər verilir: rəsmlər aydın olmalı, təsvir olunmuş əşyaların xarakterik əlamətləri daha ifadəli və aydın verilməli, əşyanın forması, rəngi, hissələrin bir-birinə nisbəti, fəzada yerləşdirilməsi uşaqlar tərəfindən başa düşülən olmalıdır. Rəng uşaqları cəlb edir və sevindirir. ona görə də rəsmdə və illüstrasiyalarda, rənglərin əlvanlığına diqqət verilməlidir, çünki bu zaman yaranan müsbət emosiyalar, uşaqlarda estetik tərbiyənin inkişafına təkan verir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
2

Sh.S. Nazarova. „AZƏRBAYCAN RESPUBLIKASINDA İNKLÜZİV TƏHSİLİN AKTUAL PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ YOLLARI“. Scientific News of Academy of Physical Education and Sport 3, Nr. 4 (20.12.2021): 358–69. http://dx.doi.org/10.28942/ssj.v3i4.457.

Der volle Inhalt der Quelle
Annotation:
İnklüziv və ya "daxil edilmiş" təhsil - ümumtəhsil (kütləvi) məktəblərində xüsusi ehtiyacları olan uşaqların təlim prosesini təsvir etmək üçün istifadə olunan termindir. İnklüziv təhsilin əsasında bütün insanlara bərabər münasibət göstərən, lakin xüsusi təhsil ehtiyacları olan uşaqlar üçün xüsusi şərait yaradan hər hansı bir uşaq ayrıseçkiliyini aradan qaldıran ideologiya durur. İnklüziv təhsil ümumi təhsilin inkişafı prosesidir ki, bu da bütün uşaqların müxtəlif ehtiyaclara uyğunlaşdırılması baxımından hər kəs üçün təhsilin əlçatanlığını nəzərdə tutur və öz növbəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsilə çıxışı təmin edir. "Azərbaycan Respublikasında inklüziv təhsilin aktual problemləri və onların həlli yolları" məqaləsində inklüziv təhsilin yaranma tarixinə, onun məzmunu, mahiyyəti, əhəmiyyətinə, dünyada və Azərbaycan Respublikasında aktual problemlərinə, onların həlli yollarına, həmçinin ölkəmizdə işğaldan azad olunmuş torpaqlarda inkişaf perspektivlərinə həsr edilmişdir. Məqalənin elmi nəticəsində Azərbaycan Respublikasında inklüziv təhsilin əsas dayaq nöqtələri, yəni məntiqi əsaslandırma, fəaliyyət, "daxil olma" prosesinin sürəti, resurslar, ideyaya sadiqlik, əsas fiqurlar (əməkdaşlar), valideynlər, rəhbərlik, digər məktəb təşəbbüslərinə münasibət, müəyyən edilmiş, onların əsas problemləri və bu problemlərdən çıxış yolları göstərilmişdir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
3

Nəsrəddin qızı İsgəndərova, Südabə. „The main criteria of pedagogical diagnostics of children with disabilities“. NATURE AND SCIENCE 22, Nr. 7 (17.07.2022): 12–18. http://dx.doi.org/10.36719/2707-1146/22/12-18.

Der volle Inhalt der Quelle
Annotation:
Təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların pedaqoji diaqnostikası onların koqnitiv; sosial-kommunikativ; nitq; bədii və estetik; fiziki, sağlamlıq və təhlükəsizlik istiqamətində inkişaf və təlim nəticələri sahələrində aparılır. Bilik, bacarıq və vərdişlər baxımından təlim nəticələri məktəbəqədər təhsilin kurikulumunda və sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər təhsil müəssisələri üçün standartlarda verilir. Məqalədə müəllif Kiçik Yaşlı Uşaqların Təhsili üzrə Milli Assosiasiya tərəfindən 2-6 yaş arasında tipik inkişaf etmiş uşaqlar üçün hər yaş mərhələsinə uyğun olan qiymətləndirmə şkalası nümunəsi vermişdir. Həmçinin məqalədə məktəbəqədər təhsil proqramına və sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrinin standartlarına və 2 yaşdan 6 yaşa qədər uşaqlarda əqli vərdişlərin inkişafı bacarıqlarına uyğun olaraq idrak və əqli inkişafın müqayisəsi göstərilir. Müəllif Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, ilkin diaqnostika bacarıqlarının qiymətləndirilməsi, xüsusi təhsil və reabilitasiya müəssisələrində təlimə cəlb olunduqdan sonra istifadə olunan modullar sistemini təklif edir. Açar sözlər: sağlamlıq imkanları məhdud olan uşaqlar, pedaqoji diaqnostika, meyarlar, modullar sistemi, reabilitasiya müəssisələri Sudaba Nasraddin Isgandarova The main criteria of pedagogical diagnostics of children with disabilities Abstract Pedagogical diagnostics of children with disabilities is carried out in educational institutions in the direction of their mental, social and communicative, speech, artistic and aesthetic, physical development, health and safety in the areas of development and learning outcomes. The results of training on the level of knowledge, skills and abilities are given in the preschool curriculum and standards for preschool educational institutions of children with disabilities. The author in the article will give an example of a rating scale corresponding to each age stage for typical children with underdevelopment aged 2 to 6 years, conducted by the National Association for Early Childhood Education. In the article, the author points out a comparison of cognitive and mental development according to the preschool educational program and according to the standards of preschool educational institutions for children with disabilities and skills for the development of mental habits in children aged 2 to 6 years. The author offers a system of modules, approved by the National Ministry of Education of Turkey, used to assess the skills of primary diagnosis and after involvement in training in special educational and rehabilitation institutions. Keywords: children with disabilities, pedagogical diagnosis, criteria, system of modules, rehabilitation institutions
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
4

Eriksson Kai, Jonsson Henna und Seyidov Nabil. „Uşaqlarda baş beyin (serebral) mənşəli kəskin qıcolmalar (tutmalar)“. Azərbaycan Pediatriya Jurnalı 1, Nr. 2 (20.06.2023): 1–6. http://dx.doi.org/10.28942/apj.v1i2.4.

Der volle Inhalt der Quelle
Annotation:
Huşun itirilməsi ilə gedən tutmalar uşaqlar üçün ən təhlükəli tutma formasıdır və təcili aktiv müalicə tələb edir. Lakin tutmaların əksəriyyəti qısa müddət ərzində (4 dəqiqədən az) və özbaşına olaraq sona çatır. Tutma bir neçə dəqiqə ərzində spontan olaraq dayanmırsa və ya əvvəlki qıcolma epizodundan çıxmamış digər bir tutma halı təkrarlanırsa, ilk yardım üçün nəzərdə tutulmuş dərman preparatının istifadəsi tələb olunur. Uzun müddətli epileptik tutma təcili yardım tələb edən və həyat üçün təhlükə yaradan fövqəladə bir vəziyyətdir və belə hal 5 dəqiqədən çox davam edərsə, bu hal təhlükəli epileptik status kimi müalicə edilir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
5

S.S. Bagirov und N.I Abdinova. „GƏNC GİMNASTLARIN İLKİN HAZIRLIQ MƏRHƏLƏLƏRİNDƏ KOORDİNASİYA QABİLİYYƏTLƏRİNİN TƏDQİQİ“. Scientific News of Academy of Physical Education and Sport 6, Nr. 1 (27.06.2024): 62–67. http://dx.doi.org/10.28942/ssj.v6i1.742.

Der volle Inhalt der Quelle
Annotation:
Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra təhsil sahəsində ən əlamətdar hadisə ardıcıl və məqsədyönlü islahatların başlanması olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev uşaq və gənclərlə bağlı çıxışlarında müstəqil Azərbaycanın gələcək inkişafında fəal iştirak etmək üçün bu günkü uşaqların hərtərəfli, harmonik inkişaf etmiş, gələcəkdə əmək fəaliyyətində yüksək nəticələr göstərə biləcək, Vətən torpağını layiqincə qoruya biləcək, sağlam və vətənpərvər vətəndaş olmaqlarını idman naliyyətlərilə respublikamızın bayrağını yüksəklərə qaldıraraq, özlərini və respublikamızı layiqli şəkildə nümayiş etdirməklərini bildirirdi. Onun layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyev qeyd etdiyi kimi Azərbaycan xalqına 44 günlük Vətən müharibəsində şəhidliyə yüksələrək, qazi olaraq, bizə qalibiyyəti bəxş edən dünənki uşaqlar, bu günkü Ana vətən torpağına bağlı olan vətənpərvər gənclərdir. Qeyd etmək lazımdır ki, uşaqların formalaşıb inkişaf etməsində, Vətənə layiqli övlad olmasının əsas amillərindən biri də onların sağlamlığı və fiziki hazırlığıdır.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
6

Təranə Səfərova, Günay Bəhrəmova, Təranə Səfərova, Günay Bəhrəmova. „MƏKTƏBLI GEYIM FORMASININ LAYIHƏLƏNDIRILMƏSININ KONSEPSIYASININ HAZIRLANMASI“. PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions 37, Nr. 02 (26.02.2024): 190–97. http://dx.doi.org/10.36962/pahtei37022024-190.

Der volle Inhalt der Quelle
Annotation:
Uşaq geyimlərinin layihələşdirilmə prosesinin uşağın böyümə və inkişafının müxtəlif dövrlərində morfologiya, fiziologiya və psixologiya xüsusiyyətlərinə görə istehlakçıların ona olan tələbatının artması ilə əlaqədar olan, özünəməxsus xüsusiyyətləri vardır. Müəyyən edilmişdir ki, məktəbyaşlı uşaqlar vaxtlarının əsas hissəsini (70%-dən çoxunu) məktəbdə keçirirlər və buna görə də məktəbdə geyinilən geyimlər ən çox tələb olunan və rəngarəng hesab olunur. Məktəb üçün geyim layihələşdirərkən bu nəzərə alınmalıdır. Məqalədə rasional qarderobun proqnozlaşdırılması ilə bağlı bir sıra tədqiqat və inkişaf işləri aparılmış, sənaye kolleksiyasının çeşid quruluşunun layihələşdirilməsi prosesi üçün əsas şərtlər araşdırılıb marketinq əsasında ilkin məlumatların toplanmasının tərkibi və metodları müəyyən edilmişdir. Bu prosesin ümumi CAD geyimində həyata keçirilməsi üçün alt sistemlər və proqramlar hazırlanmışdır. Açar sözlər: uşaq geyimlərinin layihələşdirilməsi, çeşidin genişlənməsi, qarderob, məktəb forması.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
7

Babayeva, Məlahət. „Bədən tərbiyəsi və idman fəaliyyəti idarə obyekti kimi“. Scientific News of Academy of Physical Education and Sport 1, Nr. 2 (13.11.2018): 47. http://dx.doi.org/10.28942/ssj.v1i2.21.

Der volle Inhalt der Quelle
Annotation:
İdmanda ən aktual problemlərdən biri də bu gün uşaqlar, yeniyetmər və gənclərin fiziki aktivliyini artırmaq problemidir. Gənc idmançının nə qədər yaxşı göstəriciləri və şərtləri olsa da yüksək nəticələr əldə etmək üçün ən vacib amil sistemli və aktiv çalışmaqdır. Bundan əlavə, bədən tərbiyəsi və idmanın bütün sosial funksiyalarını (sağlamlıq, təhsil, əyləncə, müdafiə, iqtisadi və s.) yalnız idman fəaliyyəti prosesində reallaşdırmaq mümkündür.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
8

Əbiyev, Qalib, Yusif Quliyev und Ramil Misirxanov. „Uşaq və yeniyetmələrin hərəki aktivlik normaları“. Scientific News of Academy of Physical Education and Sport 1, Nr. 1 (30.06.2019): 90–93. http://dx.doi.org/10.28942/ssj.v1i1.108.

Der volle Inhalt der Quelle
Annotation:
Uşaqlar üçün səmərəli hərəki rejimin əsaslandırılması, fiziki yüklənmələrin normallaşdırılması müasir yaş və idman fiziologiyasının daha mürəkkəb problemlərindən biri hesab olunur. Hipokineziyada olduğu kimi, ona fenamenoloji əks funksional vəziyyət olan hiperkineziyanın da öz məsarifləri, sərfiyyatları vardır. Məhz buna görə də cins və yaşdan, eləcə də məktəblinin fiziki inkişaf səviyyəsindən asılı olaraq, yük hədlərinin dəqiq fərqləndirilmə zəruriliyi, yüklənmənin individual adekvatlığı anlamından irəli gəlir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
9

C.F. Gurbanova, A.F. Amirova, Kh.M. Takhmazi, A.E. Huseynova und E.Sh. Salimova. „Əkiz hamiləliyin fəsadları və taktikarı“. Actual Questions of Modern Gynecology and Perinatology 10, Nr. 2 (19.07.2023): 9–17. http://dx.doi.org/10.28942/mgpam.v10i2.107.

Der volle Inhalt der Quelle
Annotation:
Əkiz hamiləliklər ana və uşaq (uşaqlar) üçün mənfi nəticələr riskinin artması ilə yayılmış hal olaraq qalır. Əkiz hamiləlik, uzun sürən hamiləlik və makrosomiya istisna olmaqla, demək olar ki, bütün potensial hamiləlik ağırlaşmalarının yüksək tezliyi ilə, eləcə də bəzi unikal fəsadlarla bağlıdır.Əkiz hamiləliklərdə ananın həddindən artıq risklərinə anemiya, sidik yollarının infeksiyası, hipertoniya, hestasiya diabet, qanaxma və ana ölümü daxildir və tək hamiləliklərə nisbətən daha diqqətli monitorinq tələb olunur.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
10

Adil qızı İbrahimova, Lamiyə. „On the development of speech issues of kids“. ANCIENT LAND 10, Nr. 4 (26.04.2022): 19–22. http://dx.doi.org/10.36719/2706-6185/10/19-22.

Der volle Inhalt der Quelle
Annotation:
İnsan ünsiyyətinin ən mühüm vasitəsi olan dil, reallığı kəşf etmək, insanı mənəvi-mədəni dəyərlərini tanıtmaq üçün əsas vasitə, eləcə də təhsil və təlim üçün zəruri şərt rolunu oynayır. Böyüklər uşağın nitqini inkişaf etdirərək eyni zamanda onun intellektinin inkişafına da töhfə verirlər. Uşağın ilkin yaş mərhələsində inkişafının əsas hadisəsi nitqin mənimsənilməsidir. uşağın nitqinin müasir inkişafı üçün bir boyuyün ona diqqət göstərməsi vacibdir. Diqqətli, qoruyucu, xeyirxah münasibət qarşılıqlı müsbət emosiyaların və müxtəlif reaksiyaların inkişafını təmin edir. Təhsil təsirləri daim aparılmalı və uşaqların psixoloji inkişafının bütün aspektlərinə yönəldilməlidir. Yalnız hərtərəfli inkişafla onların nitqi vaxtında formalaşacaq. Açar sözlər: nitq, nitq inkişafı, kiçik yaşlı uşaqlar, ilkin yaş mərhələsi Lamiya Adil İbrahimova On the development of speech issues of kids Abstract Language, the most important means of human communication, is a key tool for discovering reality, promoting human spiritual and cultural values, as well as plays a necessary condition role for education and training. Adults also contribute to the development of a child's intellect by developing his speech. The main event of a child's development at an early age is the acquisition of speech. It is important to pay attention to a child by an adult for the modern development of a child's speech.A careful, protective, kind attitude ensures the development of positive emotions and various reactions. Educational influences should always be carried out and focused on all aspects of children's psychological development. Only with comprehensive development will their speech be formed in time.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
11

J.F. Qurbanova, N.A. Shahbazova und J.A. İslamova. „Hamiləliyin birinci trimestrində preeklampsiyanın proqnozu üçün klinik, instrumental və laboratoriya meyarlarının öyrənilməsi“. Actual Questions of Modern Gynecology and Perinatology 8, Nr. 3 (26.12.2021): 23–29. http://dx.doi.org/10.28942/mgpam.v8i3.71.

Der volle Inhalt der Quelle
Annotation:
Preeklampsiya ana və döl ölümlərinin və xəstələnmələrinin əsas səbəbi olub həm klinik, həm də laborator dəyişikliklərlə gedən kompleks etiopatogenezi (proteniuriya, hipertenziya və ödem), həmçinin hədəf orqan və uteroplasentar qan damar-larının zədələnməsinin morfoloji qanunauyğunluğu ilə xarakterizə olunan patoloji prosesdir [1]. Buna baxmayaraq preklampsiyanın klinik əlamətlər üçlü-yü həmişə birlikdə rast gəlinmir[2]. Ümumdünya Sə-hiyyə Təşkilatının 2003-2009-cu illərdə ana ölümü-nün səbəbinin qiymətləndirən bir təhlildə preeklam-siya 14 % təşkil edərək 27,1% halda rast gəlinən he-morragik problemlərdən sonra ikinci yerdə durur[3].Preeklampsiya 20 həftəlik hamiləlikdən sonra başlayan protenuriya və hipertenziya ilə xarakterizə olunur. Preeklampsiyalı qadınlar və preeklampsiyalı hamilələrdən doğulan uşaqlar sonrakı dövrlərdə ciddi ürək damar ağırlaşmaları və metabolik sin-dromların inkişafı ilə risk altında olurlar[4].
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
12

Yaqub qızı Mahmudova, Aynur. „Theoretical basis of the conditions and factors of mental development of the child during infancy“. SCIENTIFIC RESEARCH 11, Nr. 7 (27.07.2022): 6–9. http://dx.doi.org/10.36719/2789-6919/11/6-9.

Der volle Inhalt der Quelle
Annotation:
Körpəlik yaş dövrü uşağın inkişafının erkən dövrlərinə təsadüf edir. Bu yaşa məxsus psixi inkişaf xüsusiyyyətləri özünəməxsusluğu ilə fərqlənir. Uşağın fərdi, sosial və davranış sferalarında dəyişikliklər baş verir. Yeriməyə və danışmağa başlayan uşaqlar müstəqilliyə can atırlar. Aparıcı fəaliyyət növü vasitəsi ilə inkişaf daha sürətlə gedir. Əşyalar üzərində əməliyyat uşağın hərtərəfli inkişafını təmin edir. Yaş dövrünün müəyyən psixofizioloji göstəriciləri uşaqlar üçün fərdi xarakter daşıya bilir. Açar sözlər: körpəlik, psixi, inkişaf, fəaliyyət, əşyavi Aynur Yagub Mahmudova Theoretical basis of the conditions and factors of mental development of the child during infancy Abstarct Infancy is the early stage of a child's development. The characteristics of mental development specific to this age are unique. Changes occur in the individual, social and behavioral spheres of the child. Children who start walking and talking are striving for independence. Development is faster through the leading type of activity. Operation on objects ensures comprehensive development of the child. Certain psychophysiological indicators of the age period can be individual for children. Keywords: infancy, mental, development, activity, material
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
13

Ramiz qızı Qəmbərova, Gülnar. „Analysis of Tofiq Mahmud's prose works in the context of children's literature“. SCIENTIFIC WORK 82, Nr. 9 (17.09.2022): 21–26. http://dx.doi.org/10.36719/2663-4619/82/21-26.

Der volle Inhalt der Quelle
Annotation:
Ötən əsrin əvvəllərindən başlayaraq geniş şəkildə inkişaf edən Azərbaycan uşaq nəsri olduqca maraqlı və zəngin inkişaf yolu keçmişdir. Xalqın tarixi və mənəvi dəyərlərini uşaqlara sevdirmək kimi nəcib məqsədlər axtarışında olan uşaq nəsrinin təşəkkülü maarifçilik ideyalarının yayılması və təbliği, həmçinin yeni dərsliklərin, müntəxəbatların tərtibi, yeni tipli məktəblərin açılması uşaq mətbuatı yaratmaq ideyasının gerçəkləşməsi ilə bilavasitə əlaqədar olmuşdur. Məqalədə ötən əsrin 70-80-ci illərində məhsuldar yaradıcılığı ilə səciyyələnən Tofiq Mahmudun uşaqlar üçün yazdığı nəsr əsərlərinin ideya-məzmun xüsusiyyətləri təhlil edilir, onların uşaqlara aşıladığı didaktik-tərbiyəvi əhəmiyyət tədqiqata cəlb edilir. Açar sözlər: Tofiq Mahmud, uşaq ədəbiyyatı, nəsr, maarifçilik, əxlaqi-didaktik Gulnar Ramiz Gambarova Analysis of Tofiq Mahmud's prose works in the context of children's literature Abstract Azerbaijani children's prose, which has been widely developing since the beginning of the last century, has gone through a very interesting and rich development path. The formation of children's prose, which aims to make children love the history and moral values of the people, was directly related to the spread and propagation of the ideas of enlightenment, as well as the compilation of new textbooks and textbooks, the opening of new types of schools, and the realization of the idea of creating a children's press. The article analyzes the idea-content features of the prose works written for children by Tofig Mahmud, who was characterized by his prolific creativity in the 70s and 80s of the last century, and the didactic-educational importance they instilled in children is involved in the research. Keywords: Tofig Mahmud, children's literature, prose, enlightenment, moral and didactic
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
14

G.A. Bagirova. „XARİCİ DİLİN ÖYRƏNİLMƏSİNDƏ YAŞ FAKTORU“. Scientific News of Academy of Physical Education and Sport 6, Nr. 1 (27.06.2024): 112–17. http://dx.doi.org/10.28942/ssj.v6i1.752.

Der volle Inhalt der Quelle
Annotation:
Xarici dilləri öyrənməyin üstünlükləri dünyanın getdikcə qloballaşan və ikidillilik sadəcə əyləncəli bir oyunu olmaqdan çıxıb, bəlkə də indiyə qədər mövcud olan ən faydalı real dünya bacarığına çevrilməsidir. Əgər dünyanın tək dilliliyə uyğunlaşacağını gözləmirsinizsə və xarici dil öyrənməyə səy göstərməyi düşünürsünüzsə, həqiqətən nadir bir insansız. Xarici dil öyrənmək başqaları ilə həqiqətən ünsiyyət qurmağı və əlaqə qurmağı öyrənməkdən ibarətdir - bu, yalnız insanlarla qarşılıqlı əlaqədə inkişaf etdirilə bilən inanılmaz mühüm həyat bacarığıdır. Xarici dilə yiyələndiyiniz zaman, kiminsə dediyini başa düşmək, düzgün lüğət və qrammatikanı xatırlamaq, bu söz və qrammatikanı lazımi kontekstdə yerləşdirmək və cavab vermək kimi yeni fövqəlbəşəri gücünüzü istifadə edə bilərsiniz. Yaşlandıqca xarici dildə danışmağı öyrənmək bir o qədər çətinləşir. Ancaq heç kim dayanma nöqtəsinin nə olduğunu dəqiq bilmir - məsələn, yeni bir dildə isim-fel uzlaşmasını seçmək hansı yaşda çətinləşir. İndiyə qədər aparılan ən böyük dilçilik araşdırmalarından birində - milyon respondentin üçdə ikisini əhatə edən viral internet sorğusu göstərdi ki, uşaqlar təxminən 10 il sonra, 18 yaşına qədər ikinci dil öyrənməkdə bacarıqlıdırlar. Lakin tədqiqat həm də göstərdi ki, doğma danışanın qrammatik səlisliyinə nail olmaq istəyirsinizsə, 10 yaşından başlamaq daha yaxşıdır. Bu problemi təhlil etmək üçün başqa psixoloqlar dil biliyi və ingilis dilini öyrənmə vaxtı haqqında məlumat toplayıb. Tədqiqatçılar hesabladılar ki, qrammatik səlisliyin ən yüksək səviyyələrinə çatmaq üçün “kritik dövr”ün nə vaxt başa çatacağını ədalətli qiymətləndirmək üçün yarım milyondan çox insanla işləməyə ehtiyac var. Beləliklə, bu sahədə tədqiqat aparmaq son dövrlərin ən aktual mövzusuna çevrildi.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
15

Z.N. Mikayılova, K.S. Abdurahmanova und B.T. Ajdarova. „Çox aşağı və həddindən az bədən ütləsi ilə doğulan körpələrin həyatının birinci ilində əqli-fiziki inkişafın təhlili“. Actual Questions of Modern Gynecology and Perinatology 8, Nr. 2 (23.12.2021): 42–46. http://dx.doi.org/10.28942/mgpam.v8i2.66.

Der volle Inhalt der Quelle
Annotation:
Çox erkən doğulmuş (ÇED) körpələrin həyatının ilk ilində sağlamlığı vacibdir, çünki uşaqların məhz bu kontingenti arasında gələcək həyatda əlilliyin yaranması riski yüksəkdir. ÜST-nin 500 q və daha artıq bədən kütləsi ilə doğulan körpələrin sağal-dılması zərurəti haqqında tövsiyələri ilə əlaqədar olaraq, bütün dünyada çox aşağı (1000,0-1499,0 г) və həddindən az (500,0-999,0 г) bədən kütləsi ilə çox erkən doğulmuş körpələrin sayı artmışdır. Bu, belə körpələrin müalicəsi və sağaldılması üçün maddi-texniki bazanın yaxşılaşması ilə bağlıdır [1,2,3,4]. Əvvəllər aparılmış yerli və xarici tədqiqatların nəticələrindən məlumdur ki, aşağı bədən kütləsi ilə doğulmuş uşaqlarda xəstəlik halları çox, fiziki və psixomotor inkişaf səviyyəsi isə aşağı olur. Çox erkən doğulmuş uşaqlarda inkişafın uğursuz nəticə-lərinin təsvirləri mövcuddur [5,6]. Lakin əvvəllər çox aşağı bədən kütləsinə (ÇABK) malik və həddindən az bədən kütləsinə (HABK) malik çox erkən doğul-muş körpələrin sağlamlıq vəziyyətinin müqayisəli tədqiqatları aparılmamışdır. ÇABK və HABK malik sağ qalmış körpələrin həyatının ilk ilində sağlamlıq vəziyyətinin və xəstəliklərinin dəqiq struktur səciy-yəsi yoxdur, reabilitasiyanın ambulator mərhələsin-də bu kateqoriyaya aid uşaqlara qulluq göstərilmə-sində əhəmiyyətli çətinliklər vardır [7,8,9,10].
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
16

S.A. Aliyev, F.N. Nabiyeva, U.G. Jafarova und S.V. Jalilov. „Müxtəlif yaş qruplarından olan uşaqların morfofunksional inkişafının yaş xüsusiyyətləri“. Scientific News of Academy of Physical Education and Sport 1, Nr. 4 (20.04.2020): 68–72. http://dx.doi.org/10.28942/ssj.v1i4.171.

Der volle Inhalt der Quelle
Annotation:
Məqalədə, orta məktəblərdə təhsil alan 11-15 yaşlı şagirdlərin fiziki inkişafına və ürək-damar sisteminin funksional göstəricilərindən olan ürək vurğularının sayına dərs yükünün təsiri öz əksini tapmışdır. Bu göstərici adaptiv imkanların universal indekatoru hesab olunur və bu göstərici 11-15 yaşlı uşaqlarda funksional vəziyyəti tam əks etdirir. Aparılan müqayisəli təhlillər göstərmişdir ki, müayinə olunan şagirdlərdə ürək vurğularının sayı 10-11 yaşlı qızlarda, pubertat dövrün əvvəlində daha yüksək olmuşdur.Oğlanlarda isə bu göstərici 10-11 yaş etibarlı dərəcədə normadan yuxarı olmuşdur. Bu yaş qrupundan olan uşaqların funksional vəziyyətini tənzimləmək üçün fiziki tərbiyə dərslərinin keçirilməsi yüksək səmərəliyə malik olub, onların sağlamlığına müsbət təsir göstərir. Sistematik fiziki tərbiyə məşğələləri şagirdlərin fiziki inkişafına və funksional imkanlarına tənzimləyici təsir göstərir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
17

K.G.Garayeva, F.R.Hajiyeva, S.G.Garayeva, A.A.Abdullayeva, T.Sh. Aliyeva, N.V.Gahramanova und E.Y.Gachabeyov. „Uşaqlıq miomalarının müalicəsinə müasir baxışlar“. Actual Questions of Modern Gynecology and Perinatology 7, Nr. 3 (17.02.2021): 35–38. http://dx.doi.org/10.28942/mgpam.v7i3.17.

Der volle Inhalt der Quelle
Annotation:
Uterus miyomunun müalicə taktikası və minimal travmaya sadiqlik dünyada geniş müzakirə olunur. Bu məqalədə miyomun müalicəsi üçün ən müasir cərrahi və cərrahi olmayan üsullar, istifadəsinə dair göstərişlər və əks göstərişlər, müalicənin dərhal və uzunmüddətli nəticələri, xəstələr üçün sosial və psixoloji nəticələr müzakirə olunur. əlavə seçim.UPA qadınların 90% -ində menstruasiyanı yaxşılaşdırır, xəstələr tərəfindən yaxşı tolere edilir və yan təsirləri daha az yaygındır. Miyomektomiya, düyünlərin çıxarılması, klinik simptomların aradan qaldırılması və xəstənin gələcəkdə hamilə qalma qabiliyyəti baxımından təsirli bir seçim üsuludur. Nəhəng miyomların cərrahi müalicəsi üçün laparotomiya etmək məsləhətdir. EMA-nın üstünlüyü aşağı xəstələnmə, çoxsaylı düyünlərə təsir, qanaxmanın olmaması, yüksək effektivlik, kosmetik təsir, qısa bir reabilitasiya müddəti və ümumi anesteziyaya ehtiyacın olmamasıdır.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
18

Rza qızı İsmayılova, Nəzakət. „Poetic understanding of the world starts from children's literature“. SCIENTIFIC WORK 81, Nr. 8 (17.08.2022): 19–24. http://dx.doi.org/10.36719/2663-4619/81/19-24.

Der volle Inhalt der Quelle
Annotation:
Bu elmi məqalədə uşaq və gənclərin mənəvi tərbiyəsinin formalaşmasında, dünyagörüşünün genişlənməsində azərbaycançılıq ideologiyası baxımdan, uşaq ədəbiyyatının ən yeni metodologiyaya uyğun azərbaycançılıq məfkurəsi istiqamətində öyrənilməsi günümüzün vacib məsələləri kimi qarşıya qoyulmuşdur. Belə ki, Respublikamızın ən böyük strateji xətti olan təhsilimiz bu gün dünya ölkələri sisteminə inteqrasiya etməsi bu sistemin yeni standartlar əsasında qurulması, ali məktəblərdə təhsilin məzmun baxımından yeniləşməsini tələb edir. Məhz bu tələblərə cavab verə bilən mütəxəssislər hazırlamaq üçün şübhəsiz ki, ali məktəblərdə tədris planı, proqramlar, dərslik, dərs vəsaitləri tədrisə köməkçi metodik vəsaitlər yenidən işlənməli həm tədris metodiki, həmdə elmi nəzəri baxımdan onların səviyyəsi günün tələbləri səvyyəsində qurulmalıdır. Bu baxımdan yanaşılaraq deyə bilərik ki, uşaqlar üçün yazılan əsərlər həcmcə azlıq təşkil etsə də, ümumilikdə, uşaq psixologiyasını düzgün anlayan, onu istədiyi məcraya yönəltməyi bacaran, saf uşaq şüurunda mütərəqqi, pedaqoji tərbiyənin əsasını anlatmaq baxımından, dəyərli bədii nümunələr yazılır. Apardığımız araşdırmada ədəbi irsə yeni çağdaş milli təfəkkür müstəvisində, zamanın tələbinə uyğun olaraq təhlilər edilmişdir. Uşaq ədəbiyyatının tədrisi ənənəvi materiallarla yanaşı, həm də bu sahədə əldə olunan son elmi nailiyyətlər tələbatcılara necəçatdırılır? Bu gün uşağın daxili duyğularını, sevincini, əzablarını, psixoloji-ruhi yaşantılarını bütöv şəkildə ortaya qoyan əsərlərə ehtiyacımız cox böyükdür. Bu problem bütün dövrlərdə olduğu kimi, bu gün də aktual olaraq qalmaqdadır. Uşaq ədəbiyyatının keçdiyi yol, inkişaf qanunauyğunluğu, mövzu və problem dairəsi haqqında çox bəhs edilib. Bəs çağdaş uşaq ədəbiyyatının problemləri, mövzu dairəsi nədir, hansılardır. Açar sözlər: Azərbaycan, tədris, təhsil, metodika, uşaq ədəbiyyatı Nazakat Rza Ismailova Poetic understanding of the world starts from children's literature Abstract In this scientific article, the study of children's literature in accordance with the latest methodology in the direction of the ideology of Azerbaijaniism in the formation of the spiritual education of children and youth, and the expansion of their worldview, from the point of view of the ideology of Azerbaijaniism, has been put forward as important issues of today. So, the integration of our education, which is the biggest strategic line of our republic, into the system of the world countries today requires the establishment of this system on the basis of new standards, and the renewal of education in higher schools in terms of content. In order to prepare specialists who can meet these requirements, the curriculum, programs, textbooks, and teaching aids in higher schools must be reworked, both from a teaching methodical and scientific theoretical point of view. Approached from this point of view, we can say that although the works written for children are a minority in volume, in general, valuable artistic examples are written in terms of explaining the basis of progressive, pedagogical education in the mind of a pure child, which correctly understands child psychology, is able to direct it in the desired direction. In our research, the literary heritage was analyzed at the level of modern national thinking, according to the requirements of the time. How to teach children's literature along with traditional materials, but also the latest scientific achievements in this field are delivered to the students? Today, we have a great need for works that reveal the child's inner emotions, joys, sufferings, and psychological-spiritual experiences as a whole. Much has been said about the path of children's literature, the regularity of development, the subject and the scope of problems. But what are the problems and scope of contemporary children's literature? Keywords: Azerbaijan, teaching, education, methodology, children's literature
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
19

Aljanova M. „Usaqliq miomasının adyuvant terapiyasında levonorqestrel-tərkibli usaqlıqdaxili sistemin – mirenanın tətbiqinin effektivliyi“. Actual Questions of Modern Gynecology and Perinatology 6, Nr. 1 (20.04.2021): 50–53. http://dx.doi.org/10.28942/mgpam.v6i1.34.

Der volle Inhalt der Quelle
Annotation:
Tədqiqatın məqsədi Mirena LNG-spiralın köməkçi terapiyada effektivliyini qiymətləndirmək idi. fii uşaqlıq mioması. Tədqiqat miyomatöz düyünlərin enükleasiya edilməsindən sonra postoperatif relapsların qarşısını almaq üçün köməkçi terapiya tətbiq olunan uşaqlıq mioması olan 35 xəstəni əhatə etdi. Əməliyyat sonrası bütün xəstələr Dövr ərzində Mirena LNG sərbəst buraxma sistemi ilə müalicə alındı. LNG-IUD Mirena'nın, uşaqlıq miyomunun müalicəsi üçün köməkçi bir metod kimi istifadəsi, uşaqlıq həcminin% 13,4 azalmasına, müqavimət indeksində əhəmiyyətli bir artıma,% 97,1-də miyometriyanın bərpasına kömək edir. xəstələr, estradiol - 2,5 dəfə, progesteron səviyyəsində 2,0 dəfə artım, endometriumun qalınlığında azalma. Əldə etdiyimiz nəticələr miyomatöz düyünlərin enükleasyonundan sonra 6 ay müddətində aparılan müalicənin relaps əleyhinə effektivliyini göstərdi. Bu orqan qoruyan müalicə metodu hamiləlik planlaşdıran qadınlara məhsuldarlığını qorumağa imkan verir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
20

Safarova R.İ. „Uşaqlıq boynunun xərçənginin skrininqi“. EURASIAN JOURNAL OF CLINICAL SCIENCES 4, Nr. 1 (28.11.2022): 21–22. http://dx.doi.org/10.28942/ejcs.v4i1.113.

Der volle Inhalt der Quelle
Annotation:
Uşaqlıq boynunun xərçəngi (UBX) populyasiya skrininqinin aparılması üçün zəruri tələblərə cavab verən azsaylı bədxassəli şiş növlərindən biridir. Bu xəstəlik geniş yayılmışdır, qadınlarda ən çox rast gəlinən bədxassəli şişlərdən biridir, vizual müayinə ilə nisbətən asan müəyyənləşdirilməsinə baxmayaraq, bir sıra hallarda xəstəlik gecikmiş mərhələlərdə aşkar edilir. UBX üçün uşaqlıq boynundan və uşaqlıq boynu kanalından götürülən yaxmanın sitoloji müayinəsi kimi etibarlı skrininq test mövcüddur; məhz göstərilən müayinə üsulunu aparmaqla uşaqlıq boynunun xərçəngönü vəziyyətlərini və xərçəngini başlanğıc dövrlərdə müəyyənləşdirmək mümkün olur. Uşaqlıq boynu xərçənginin inkişafının əsas səbəbi insan papilloma virusudur (İPV). Xüsusilə İPV-nin yüksək onkogen tiplərindən olan 16 və 18-ci tipləri daha çox hallarda aşkar edilir. Buna görə İPV-nin yayılma səbəblərinin aşkar edilməsi mühüm epidemioloji əhəmiyyət kəsb etməklə, bu xəstəliyin effektli profilaktika tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsinə şərait yaradır.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
21

Əsgərov, M. N., und S. B. Yolçuyev. „Məktəbyaşlı uşaqların sağlam həyat tərzinin ümumi xarakteristikası“. Scientific News of Academy of Physical Education and Sport 1, Nr. 3 (14.11.2018): 14–17. http://dx.doi.org/10.28942/ssj.v1i3.19.

Der volle Inhalt der Quelle
Annotation:
Aktuallıq: Yetişməkdə olan nəslin hərtərəfli və harmonik inkişafının təmin edilməsi əsasən sağlam həyat tərzinin vasitəsilə həyata keçirilir. Sağlam həyat tərzinin formalaşması hərəkət fəallığının kifayət qədər olması, rasional qidalanma, gün rejiminin əməl olunması, şəxsi gigyena və zərərli vərdişlərdən imtina etmək amillərdən aslıdır. Biz bu məsələni aktual hesab etdiyimizə görə bu problemlə bağlı tədqiqat aparmaq qərarına gəldik. Məqsəd: Dərs günü rejimində məktəblilərdə sağlam həyat tərzinə vərdişlərin aşılanması. Tədqiqatın təşkili vəmetodları: Tədqiqat eksperimental formada təşkil edilmişdir.Tədqiqatda ədəbiyyat mənbələrinin təhlili, sorğu və anketləşmə, pedaqoji müşahidə və eksperiment metodlarından istifadə edilmişdir. Tədqiqatın nəticələri və müzakirə: Tədqiqat zamanı məktəblilərlə bir neçə anket sorğusu aparmışıq: İnsan üçün sağlam həyat tərzi vacibdirmi? Sağlam həyat tərzini hansı amillər təşkil edir? Sağlam həyat tərzini formalaşdırmaq üçün əsasən hansı metodlardan istifadə edilməlidir? Nəticə: Məktəbyaşlı uşaqlarda sağlam həyat tərzini formalaşdırmaq üçün ailə və məktəbin birgə fəaliyyət göstərmələri zəruridir. Bu vəzifəni həyata keçirtmək üçün müəllimlərin peşəkar ustalıqları təkmilləşdirilməli və valideynlərlə müvafiq marifləndirici işlər aparılmalıdır.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
22

Panaxhova T.T. „Uşaqlarda bronxoobstruksiya fenotipləri haqqinda müasir təsəvvür“. Journal of Theoretical, Clinical and Experimental Morphology 2, Nr. 1-2 (19.02.2021): 45–51. http://dx.doi.org/10.28942/jtcem.v2i1-2.146.

Der volle Inhalt der Quelle
Annotation:
Hal-hazırda bütün dünyada erkən və məktəbəqdər yaş dövründə olan uşaqlarda bronxoobstruksiya fenotiplərinin tədqiqi böyük elmi maraq obyekti olaraq qalır. Fenotiplərin identifikasiyası xəstəliyin etiopatofizioloji, o cümlədən epigenetik mexanizmlərini daha yaxşı anlamaq, prediktorları müəyyən etmək və BA inkişaf riskini proqnozlaşdırmaq üçün lazımdır.Ədəbiyyat məlumatlarina əsasən,bronxoobstruksiya fenotiplərinin müəyyən edilməsi ilə bağlı ilk elmi işlərdən biri 1980-1986-cı illərdə ABŞ-da (TcrS) aparılmışdır. Almaniyada, Böyük Britaniyada, İsveçdə, İspaniyada, Norveçdə və digər ölkələrdə ötən əsrin sonunda erkən və məktəbəqədər yaşda olan uşaqlarda bronxoobstruksiya fenotipinin tədqiqi üzrə aparılmış çoxsaylı tədqiqat işlərinin müəllifləri onların heterogenliyi göstərmişdir. Hal-hazırda uşaqlarda bronxoobstruksiya fenotiplərini daha dəqiq tədqiq etmək və səciyyələndirmək üçün astma fenotiplərinin öyrənilməsi üzrə beynəlxalq əməkdaşlıq WASP işlənib hazırlanmışdır. Araşdırma 2016-cı ildə başlanmış və beş mərkəzdə aparılır: Böyük Britaniyada, Yeni Zelandiyada, Braziliyada, Ekvadorda və Uqandada. Bu araşdırmaların məqsədi demoqrafik, etiopatogenetik, klinik, yaş fenotip xüsusiyyətlərinin aşkar olunması və stabil fenotiplərin identifikasiya edilməsidir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
23

Kh.A. Khasanov und H.A. Zeynalova. „MÜRƏKKƏB KOORDİNASİYALI ATLETİKA NÖVLƏRİ ÜÇÜN 11-12 YAŞLI UŞAQLARIN SEÇİLMƏSİ METODİKASI“. Scientific News of Academy of Physical Education and Sport 6, Nr. 1 (27.06.2024): 68–76. http://dx.doi.org/10.28942/ssj.v6i1.743.

Der volle Inhalt der Quelle
Annotation:
Uşaqların idmana, xüsusən də atletikaya seçilməsi məsələləri kifayət qədər öyrənilməmiş və uşaq və gənclər idmanının əsas problemlərindən biri olaraq qalır. Azərbaycanda aparılan tədqiqatlar idman ehtiyatlarının hazırlanmasına mühüm töhfə verən perspektivli gənclərin seçilməsi üçün proqramlar hazırlamağa imkan verib.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
24

Murselova Z.M. „UŞAQLARDA BRONXİAL-AĞCİYƏR DİSPLAZİYASININ MORFOLOGİYASININ TƏDQİQİNDƏ RENTGENOLOJİ MÜAYİNƏLƏRİN ƏHƏMİYYƏTİ“. Journal of Theoretical, Clinical and Experimental Morphology 4, Nr. 1-2 (08.04.2023): 106–9. http://dx.doi.org/10.28942/jtcem.v4i1-2.193.

Der volle Inhalt der Quelle
Annotation:
Bronxial-ağciyər displaziyası (BAD) – yenidoğulanlarda, xüsusilə vaxtından əvvəl doğulanların morfoloji inkişaf etməmiş ağciyərlərində yaranan, polietiologiyalı xronik xəstəlikdir. Erkən yaşlı uşaqlarda ağciyərin xroniki patologiyaları arasında BAD birinci yer tutur. Döş qəfəsinin icmal rentgenoqrafiyası reanimasiya və intensiv terapiya şöbələrində asan yerinə yetirilən BAD-ın əsas rentgenoloji diaqnostika üsulu olaraq qalır. Tədqiqatların informativliyini artırmaq üçün rentgenoqrammanın interpritasiyası zamanı rentgenoqrafik şkalalardan istifadə olunması məqsədə uyğundur. Ümumilikdə, BAD-ın diaqnostikası üçün döş qəfəsinin icmal rentgenoqrafiyasının əhəmiyyətini qiymətləndirmək, ağciyərin digər xəstəlikləri kimi, nəzərə almaq lazımdır ki, rentgenoqramma ağciyərdə morfoloji dəyişiklikləri əks etdirir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
25

N.M. Aghayev und Kh.G. Orujov. „MƏKTƏB YAŞLI UŞAQLARIN MƏŞQİNİN FİZİOLOJİ XÜSUSİYYƏTLƏRİ“. Scientific News of Academy of Physical Education and Sport 3, Nr. 3 (26.07.2021): 20–27. http://dx.doi.org/10.28942/ssj.v3i3.349.

Der volle Inhalt der Quelle
Annotation:
Elmi və texnoloji tərəqqi ilə əlaqədar olaraq, insanın hərəkət funksiyasının nisbi zəifləməsi zəmanəmizin ən vacib problemlərindən biridir. Məktəblilər sürətli inkişaf dövründə olduqda, oturaq həyat tərzi orqanizmə mənfi təsir göstərir. Fərdi inkişafın daha dəqiq qiymətləndirilməsi üçün materialın bioloji yaşını təqvimlə nəzərə almaq tövsiyə olunur. Həqiqi yaşın təyin olunmasına mane olan amillərdən biri də oksidləşmə prosesidir. Düzgün təlim prosesi nəticəsində yeni orqanizmin fizioloji və funksional göstəricilərinin müsbət dinamikasına nail olmaq mümkündür.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
26

U.A. Shahniyarova. „ONLAYN TƏHSİLİN TƏDRİSDƏ ROLU“. Scientific News of Academy of Physical Education and Sport 4, Nr. 2 (18.07.2022): 18–24. http://dx.doi.org/10.28942/ssj.v4i2.505.

Der volle Inhalt der Quelle
Annotation:
Texnologiya inkişaf etdikcə və istifadəçi təcrübəsi yaxşılaşdıqca, onlayn təhsilin də populyarlığı artır. Onun uğurlu öyrənmə üsulu olduğu sübut edilmişdir və ənənəvi təhsillə müqayisədə bir sıra fərqli üstünlüklər təklif edilmişdir. Faydalı olsa da, eyni zamanda müəyyən çətinlikləri də var. Onlayn öyrənmənin üstünlüklərini başa düşmək vacibdir, çünki bu, sizin və ya öyrənənlərin təhsili ilə bağlı mühüm qərarlar qəbul etməyə kömək edə bilər. Bu tədqiqatda tələbələr və müəllimlər üçün onlayn öyrənmənin əhəmiyyətini müzakirə edilir Tələbələr və müəllimlər üçün onlayn öyrənmənin vacibliyini nəzərə alsaq, çevik öyrənmə saatları bu prosesə böyük təsir göstərir. Belə ki, biz həmişə ənənəvi dərs zamanı təhsil cədvəlinə əməl etmişik ancaq indi yaradılacaq öyrənmə şəraitində çevik öyrənmə tədrisə daha mühüm təsir edəcək. Onlayn təhsil tələbələrə onlara ən uyğun olan vaxt öyrənmək imkanı verir. Bu, onlara və onların valideynlərinə təhsillərini ev həyatları ilə balanslaşdırmağa kömək edir. Məktəbə nəqliyyat və onların valideynlərinin iş saatları ənənəvi təhsilə təsir edə biləcək xarici təsirlərin iki nümunəsidir, lakin onlayn öyrənmə ilə bunlar problem olmamalıdır. İstər səhər 6, istərsə də axşam saat 6 olsun, uşaqlara motivasiya hiss etdikdə öyrənmək üçün çeviklik vermək onların məlumatı saxlamaq qabiliyyətini də artıra bilər. Məqalə bu sahəni araşdıraraq daha yaxşı öyrənmə mühiti yaratmaq üçün lazım olan öyrənci və müəllim münasibəti qaydaları təqdim edərək tədrisin dahada effektiv və nəticəyönümlü olmasını təmin etmək üçün istifadə edilən online tədrisdən geniş məlumat verir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
27

Ocaqverdiyeva, Sabirə. „AZƏRBAYCANDA MİLLİ TƏHLÜKƏSİZ İNTERNET MƏRKƏZİNİN YARADILMASI: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR“. Problems of Information Society 12, Nr. 1 (23.01.2021): 138–49. http://dx.doi.org/10.25045/jpis.v12.i1.13.

Der volle Inhalt der Quelle
Annotation:
İnternetdə uşaq və yeniyetmələrin təhlükəsizliyi problemi son illərin aktual mövzularındandır. Uşaq və yeniyetmələr virtual məkanda tez-tez təhlükələrlə üzləşirlər. Bu isə onların sağlamlığına, psixologiyasına və vətəndaş kimi düzgün inkişafına mənfi təsir göstərir. İnternet mühitində təhlükəsizliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, uşaq, yeniyetmə və gənclərin kiberməkanda olan təhlükələr haqqında məlumatlandırılması məsələsi dövlətin informasiya təhlükəsizliyində əsas məsələlərdəndir. Bununla əlaqədar olaraq, ölkələrdə milli informasiya təhlükəsizliyi strukturları yaradılır, tədqiqatçılar tərəfindən kibertəhlükələrin yaratdığı mənfi nəticələr təhlil edilir, monitorinqlər aparılır, proqnozlar verilir və həm dövlət, həm də beynəlxalq müstəvidə ciddi hüquqi sənədlər qəbul edilir. Tədqiqatın məqsədi informasiya təhlükəsizliyi, kibercinayətkarlıq və virtual məkanda mövcud olan təhlükələrin qarşısının alınması və bu tipli digər məsələlərin həlli üçün Azərbaycanda Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılmasının vacibliyini göstərməkdir. Tədqiqatda uşaqların kibertəhlükəsizliyinin təmin olunması üçün bir sıra ölkələrdə Milli Təhlükəsiz İnternet Mərkəzlərinin fəaliyyəti araşdırılmış, işlərində meydana çıxan problemlər analiz olunmuşdur. İşdə müqayisəli təhlil və sistemli yanaşma metodlarından istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr elektron dövlət mühitində, virtual məkanda uşaq və yeniyetmələrin İnternet təhlükələrdən qorunması üçün Milli Təhlükəsiz İnternet Mərkəzinin qurulması və səmərəli fəaliyyəti üçün əhəmiyyətlidir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
28

Abdullayeva, Fərqanə, und Sabirə Ocaqverdiyeva. „VULQARİZMLƏRİN MAŞIN TƏLİMİ ƏSASINDA AŞKARLANMASINA BİR YANAŞMA“. Problems of Information Technology 12, Nr. 2 (16.07.2021): 89–98. http://dx.doi.org/10.25045/jpit.v12.i2.08.

Der volle Inhalt der Quelle
Annotation:
Məqalədə veb-kontentlərdə vulqarizmlərin maşın təlimi əsasında aşkarlanması üçün bir yanaşma işlənmişdir. Veb-səhifələrdə zərərli məzmun daşıyan kontentlərin sayının artması zərərli məzmundan qorunma məsələsini aktuallaşdırır. İstifadəçilərin, əsasən də uşaq və yeniyetmələrin İnternetdə vulqarizmlərlə (qeyri-etik danışıq, jarqon ifadə, söyüş, təhqir və s.) qarşılaşması onların psixologiyasına öz mənfi təsirini göstərir. Həm onlayn mediada, həm də sosial mediada (Twitter və Facebook və s.) vulqar söz, söz birləşməsi və ifadələrin aşkarlanması üçün daha etibarlı avtomatik mətn aşkarlama metodlarının inkişaf etdirilməsi bu problemin həlli üçün çox böyük əhəmiyyət daşıyır. Təqdim olunan məqalədə N-grams+TF-IDF əlamətlərindən istifadə etməklə vulqarizmlərin aşkarlanması üçün yanaşma təklif edilmişdir. Burada əvvəlcədən məlum olan vulqar sözlərə N-gram+TF-IDF əsaslı əlamətlərin çıxarılması üsulu tətbiq olunaraq ədədi vektorlar generasiya olunmuşdur. Generasiya edilmiş ədədi vektor Naive Bayes alqoritmlərinin girişinə ötürülmüşdür. Müxtəlif əlamətlərdən istifadə etməklə aparılan eksperimentlərin nəticəsində unigram+TF-IDF əlamətləri əsasında klassifikasiya daha üstün nəticələr vermişdir. Vulqarizmlərin aşkarlanması üçün təklif edilən bu yanaşma uşaq və yeniyetmələrin danışıq mədəniyyətinin və insanlarla ünsiyyətinin formalaşmasında əhəmiyyətlidir. Bu yanaşma uşaqların İnternetdən əldə edilən zərərli məzmundan qorunmasında faydalıdır və uşaq təhlükəsizlik mərkəzlərində, təhsil sistemində istifadə edilə bilər.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
29

E.A. Jafarov, G.D. Yusifov und T.Z. Agayeva. „GƏNC KARATEÇİLƏRİN YARIŞLARA HAZIRLIĞININ YAŞ XÜSUSİYYƏTLƏRİ“. Scientific News of Academy of Physical Education and Sport 4, Nr. 1 (26.05.2022): 112–18. http://dx.doi.org/10.28942/ssj.v4i1.487.

Der volle Inhalt der Quelle
Annotation:
Məqalədə yaşlı karate ilə məşğul olan uşaqlarda qüvvə imkanlarının xarakterizi əksini tapmışdır. Qeyd etmək lazımdır ki, əzələ qüvvəsi karate idmanı ilə məşğul olan idmançılar üçün vacib fiziki xarakteristikadır, ondan idmançının hərəkət sürəti, çevikliyi və dözümlüyü daha çox asıldır. Bu idman növündə idmançıların qüvvə xüsusiyyətləri aşkarlamaq üçün mərkəzi sinir sisteminin əzələ liflərinin en kəsiyinin və əzələlərdə baş verən biokimyəvi proseslərindən asılı olduğu da məlum olmuşdur. Qüvvə məşqləri gənc idmançılarda əzələ qüvvəsinin yüksəlməsinə müsbət təsir göstərir, qüvvə imkanlarının artmasına səbəb olur. Onu da nəzərə almaq lazımdır ki, bir çox idman növlərində həyati vacib bir amildir, ona görədə bu keyfiyyətin məşqolunması üçün onun hökmən məşq proqramlarına daxil olunması vacibdir. Ədəbiyyat mənbələrinin pedaqoji eksperimentlərin nəticələrinin analizi göstərmişdir ki, qüvvə məşqləriyeniyetmələrin dövründə vacibdir, onların səmərəli məşqi üçün hərəkət komplekslərinin işlənməsi və tətbiqi bu keyfiyyətin səmərəli inkişafına nəzarət qoymağa kömək edir. Eksperimetlərin nəticələrinin müqayisəsindən məlum olmuşdur ki, təcrübələrin sonunda tətbiq olunan hər dörd hərəki tapşırığın icrasından sonra daha yaxşı göstəricilər nəzarət qrupuna nəzərən eksperimental qrupun karateçilərində müşahidə edilmişdir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
30

Aliosat Mustafayeva, Bahar. „EŞİTMƏ QÜSURLU UŞAQLARDA SƏS TƏLƏFFÜZÜ POZULMALARINI ARADAN QALDIRMAQ ÜÇÜN MUSİQİLİ RİTMİK VASİTƏLƏRDƏN İSTİFADƏ“. SCIENTIFIC WORK 61, Nr. 12 (25.12.2020): 136–38. http://dx.doi.org/10.36719/2663-4619/61/136-138.

Der volle Inhalt der Quelle
Annotation:
One of the most relevant methods used in the rehabilitation of hearing-impaired children and for the development of speech is music-rhythm. In any games based on music-rhythm, it is possible to stimulate several areas, such as speech, motor, cognitive processes. Composing tasks in the form of role-playing games appropriate to the age characteristics of children increases its effectiveness. Music primarily affects the auditory analyzer in children, helps to increase auditory attention in children with dementia. Thus, the child perceives sounds better over time and develops the ability to differentiate them. Improved hearing allows children to understand the speech of adults better. Over time, it accelerates the process of sound imitation, allows the child to pronounce the initial sounds and syllables. Musical-rhythmic is based on the combination of sounds with movements, which leads to the improvement of children's motor skills. It helps to develop small and large motor skills, rhythm and coordination abilities during tasks. Key words: hearing, speech, game, music, exercise, child
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
31

Ağamehdi qızı Abbasova, Səlbi. „SPASTİK DİPLEGİYA DİAQNOZLU UŞAQLARIN NEYROPSİXOLOJİ TƏDQİQİ“. SCIENTIFIC WORK 50, Nr. 01 (28.12.2019): 63–66. http://dx.doi.org/10.36719/aem/2007-2020/50/63-66.

Der volle Inhalt der Quelle
Annotation:
Açar sözlər: neyropsixoloji, qnostik funksiyalar, praksis, psixi funksiyalar, serebral iflic, spastik diplegiya Key words: neuropsychological, gnostic functions, praxis, cerebral palsy, spastic diplegia Ключевые слова: нейропсихологическая, гностические функции, праксис, церебральный паралич, спастическая диплегия Məktəb yaşlı serebral iflicli uşaqlarda ali psixi funksiyaların neyropsixoloji təhlili onların təhsili və korreksiya – inkişafetdirici prosesdə psixoloji-pedaqoji müşayəti üçün fərdi proqramların işlənilməsinə imkan verir. Tədqiqatlar psixometrik (Veksler metodikasının uşaq variantı ilə müayinə) və neyropsixoloji olmaqla əsas iki istiqamətdə aparılmışdı. Bu istiqamətlər aşağıdakı bloklardan təşkil olunmuşdu: 1) qnostik funksiyaların tədqiqi: görmə (əşyaların və onların təsvirlərinin tanınması), eşitmə (ritmlərin və ayrıca fonemlərin təkrarlanması), qnozis; 2) praksis funksiyaların tədqiqi: konstruktiv, kinestetik praksis; 3) əqli iş bacarığının tədqiqi: eşitmə və görmə modallığında yaddaşın, diqqətin (həcm, konsentrasiya, keçid, iradilik); 4) fikri proseslərin keyfiyyət təhlili: ümumiləşdirmə, əqli nəticə; 5) qrafik bacarıqların tədqiqi: rəsmlər, hərf və rəqəmlərin yazılışı
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
32

Hacıyeva Ü.K, Tağı-zadə T.G, Məmmədova F.M. und Hidayətova L.Ə. „Uşaqlarda post COVİD dövründə ürəkdə inkişaf edən dəyişikliklər.“ Azərbaycan Pediatriya Jurnalı 1, Nr. 3 (21.12.2023): 1–5. http://dx.doi.org/10.28942/apj.v1i3.15.

Der volle Inhalt der Quelle
Annotation:
on 3 il ərzində bütün dünya ictimaiyyətinin nəzər-diqqəti Covid 19 pandemiyasına və onunla mübarizəyə cəlb edilmişdi . COVİD 19 azaldığı və hal-hazırda pandemiyanın bitib tarixə qovuşduğu bir dövrdə həkimləri narahat edən başlıca məsələ bu xəstəliyin nəticələridir. Alimlər COVID-19 keçirən uşaq və yeniyetmələrin bir qismində tam sağalmanın, digərlərində isə yeni, geri dönən və ya davam edən simptomların olması faktı ilə rastlaşırlar.(1,2,3,5,6 ) COVİD 19 keçirən bəzi uşaqların niyə həftələr və ya aylar boyu sağlamlıq problemləri ilə mübarizə aparması sualı pandemiyanın ən böyük sirrlərindən biri olub həkimlər, valideynlər üçün narahatlıq doğurur.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
33

Mamedova S.M., Aliyeva E.M, Qarashova M.A und Sultanova S.Q. „Postmenopauzal dövrdə reproduktiv orqanların müxtəlif törəmələrinin diaqnostikasında onkomarkerlərin və sitomeqalovirusun göstəricilərin informativliyinin xüsusiyyətləri“. Actual Questions of Modern Gynecology and Perinatology 6, Nr. 1 (20.04.2021): 34–36. http://dx.doi.org/10.28942/mgpam.v6i1.30.

Der volle Inhalt der Quelle
Annotation:
Tədqiqatın məqsədi müəyyənləşdirmək idi oncomarkerların məlumatverici dəyər dərəcəsi və diaqnozda sitomeqalovirus indeksləri reproduktiv müxtəlif şişlər postmenopozal dövrdə sistem orqanları. İstintaqın materialı və metodları. Müxtəlif yumurtalıq şişləri olan 130 qadın postmenopozal dövr müayinə edildi. CA-125, estriol (E3) və sitomegalovirusun parametrləri CMV (İgG) təyin olundu. Tədqiqatın nəticələri. Quruldu CA-125, E3 təyini və CMV (İgG) diaqnoz üçün vacibdir reproduktiv orqanlarda müxtəlif şişlərin sistem. Uşaqlıq yolu olan qadınlarda miyoma və endometrial hiperplazi postmenopozal dövr, parametrləri CA-125 fizioloji parametrlərə uyğundur, E3 və sitomegalovirus IgG (P <0.05) müşahidə olunur. Uşaqlıq və yumurtalıq neoplaziyası ilə, CA-125-də statistik cəhətdən əhəmiyyətli bir artım yoxdur və CMV (İgG) ilə qeyd edildi
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
34

Shehla Ismayilova. „Neonatal skrininq: Beynəlxalq təcrübə“. EURASIAN JOURNAL OF CLINICAL SCIENCES 2, Nr. 2 (12.10.2020): 63–70. http://dx.doi.org/10.28942/ejcs.v2i2.90.

Der volle Inhalt der Quelle
Annotation:
Körpə və uşaq ölümünün azadılmasına yönəldilmiş strateji istiqamətlərdən biri ana və uşaq saglamlığın qorunmasının profilaktikasıdır. Həmçinin, inkişaf etmiş ölkələrdə ailələrdə uşaqların sayının azalması hər bir hamiləliyin optimal sonlanmasını çox əhəmiyyətli edir. Ölkə üçün anadan olan körpələrin sayından çox onların genetik və fiziki sağlamlığı, reproduktiv funksiyaları daha vacibdir. Buna görə də anadangəlmə və irsi xəstəliklərin profilaktikası yalnız tibbi yox, sosial-iqtisadi əhəmiyyət də daşıyır, və səhiyyə sistemimində aparıcı yer tutmalıdır.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
35

Tarıyel qızı İbrahimova, Telli, und İradə Xəlil qızı Zamanova. „Proposals for the systematic implementation of the career quidance of talented children in Azerbaijan“. SCIENTIFIC WORK 68, Nr. 07 (22.07.2021): 50–55. http://dx.doi.org/10.36719/2663-4619/68/50-55.

Der volle Inhalt der Quelle
Annotation:
The purpose of the article is to identify new ideas on the future career skills of talented students in secondary schools. The main idea of this article is to explain the ways to learn, apply and achieve academic results in new strategies and approaches in the systematic organization of career guidance. It is appropriate to improve soft skills working with gifted children according to learning outcomes. Each difficulty and problem is discussed with recommendations for consultation. The new models can eliminate new career choices and decision-making difficulties. The article presents ways to organize professional research work and develop difficult new proposals to overcome the difficulties encountered. Thus, this article focuses to develop a plan for independent work with gifted children, work to develop professional skills, to implement independent projects, to give talented children the opportunity to learn through accelerated learning, to try to increase the potential of your students. Key words: career guidance, talented children, systematic work, recommendations
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
36

Sultanova M.C. „UŞAQLIQLARDA QABIRĞALARDA GÖRÜNƏN ANOMALİYALARIN RADİODİAQNOSTİKASI“. Journal of Theoretical, Clinical and Experimental Morphology 3, Nr. 1-2 (08.11.2021): 90–99. http://dx.doi.org/10.28942/jtcem.v3i1-2.172.

Der volle Inhalt der Quelle
Annotation:
Bu məqaləni tərtib etməkdə əsas məqsədimiz uşaqlarda qabırğaların irsi anomaliyaları, qazanılmış xəstəlikləri və onların əsas radioloji aspektləri haqqında məlumat verməkdir.Qabırğalarda bir çox lokal və sistemik xəstəlikləri göstərən əlamətlər vardır. döş qəfəsinin rentgenoqrafiyasında aşkar olunan qabırğa anomaliyaları bilinən və ya şübhələnilməyən sümük displaziyalarının, ürək xəstəliklərinin, metabolik xəstəliklərin, travma və neoplazmaların əhəmiyyətli bir göstəricisidir. Qabırğaların qiymətləndirilməsindən əldə ediləndiaqnostik məlumatlar, xəstənin diaqnostik işini başa çatdırmaq üçün lazım ola biləcək müvafiq radioloji və laborator tədqiqatları uyğunlaşdırmağa kömək edə bilər.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
37

Ismail Bayramova, Nubar. „AUDİTORİYADAN KƏNAR MƏŞĞƏLƏLƏRDƏ ŞAGİRDLƏRDƏ MULTİKULTURAL HİSSLƏRİN TƏBLİĞİ“. SCIENTIFIC WORK 57, Nr. 08 (04.08.2020): 55–59. http://dx.doi.org/10.36719/aem/2007-2020/57/55-59.

Der volle Inhalt der Quelle
Annotation:
Müasir dövrdə şagirdlərin təlabatları istər təhsil sisteminin, istərsə də müəllimin qarşısında o qədər mühüm vəzifələr qoyur. Bu təlabatları ödəmək üçün təkcə auditoriyada təşkil olunan təlim prosesi yetərli olmur. Müəllimə bu zaman auditoriyadan kənar məşğələlər köməyinə gəlir. Düzgün təşkil olunacaq məşğələlər müəllimə təlim prosesində qarşısına qoyduğu məqsədlərə çatmasını asanlaşdırar. Sinifdə irqi, dini, etnik, sosial cəhətləri ilə fərqlənən uşaqların bir-birləri ilə ünsiyyət çatışmamazlıqları yaşayırlar. Bu zaman müəllim onlar arasındakı baryeri oyunlar vasitəsilə azaldır. Açar sözlər: multikulturalizm, müəllim, tolerant, etnik, təhsil
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
38

I.I. Huseynova, S.Sh. Hasanov, S.A. Huseynova und S.N. Mukhtarova. „Vaxtından əvvəldə doğulanlarda nekrotik enterokolitin diaqnostik prediktorları“. Actual Questions of Modern Gynecology and Perinatology 10, Nr. 2 (19.07.2023): 33–37. http://dx.doi.org/10.28942/mgpam.v10i2.110.

Der volle Inhalt der Quelle
Annotation:
Nekrotik enterokolit (NEK) vaxtından əvvəl doğulan (VƏD) və azçəkili yenidoğulmuşlarda rast gəlinən geniş yayılmış qastrointestinal xəstəlik olub, neonatal intensiv qulluq şöbələrində ölüm və xəstələnmə hallarının ən aparıcı səbəblərindəndir [1]. NEK-in rastgəlmə tezliyi çox az çəkili uşaqlarda 3-15% arası dəyişir, ölüm faizi isə yüksək olub, 15-30% arasındadır [2].Son onilliklər ərzində NEK-in əmələ gəlməsində yüksək risk faktorları sayılan az çəkili VƏD-ın sağ qalması hesabına xəstəliyin rastgəlmə tezliyi artmışdır [3]. Burada xəstəliyin törəməsi üçün bağırsaqlarda şərait həm onun morfoloji yetkin olmaması, həm də selikli qişa və onun altındakı qatlarda qanla pis təchizat nəticəsində işemik sahələrin əmələ gəlməsidir [4].
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
39

Sultanova N.H. und Jafarova A.O. „ATOPİK FORMA BRONXIAL ASTMALI UŞAQLARDA SİTOKİN GÖSTƏRİCİLƏRİ İLƏ D VİTAMİNİN GÖSTƏRİCİSİ ARASINDA QARŞILIQLI ƏLAQƏNİN XARAKTERİSTİKASI“. Journal of Theoretical, Clinical and Experimental Morphology 4, Nr. 1-2 (08.04.2023): 58–61. http://dx.doi.org/10.28942/jtcem.v4i1-2.184.

Der volle Inhalt der Quelle
Annotation:
Uşaqlarda bronxial astma zamanı yaranmış atopik iltihabın patogenetik mexanizminin öyrənilməsi və zəruri müalicə üsulunun seçilməsi bu günkü gündə aktualdır . Xəstəliyin patogenezinin heterogen xarakter daşıması isə özündə immunoloji və qeyri-immonoloji mexanizmlərin birləşdirilməsi kimi açıqlanılır. Belə ki, bronxial astma zamanı D vitamini ilə təminat adekvat immun cavabın formalaşması üçün çox vacibdir və xəstəliyin patogenezində mühüm əhəmiyyət kəsb edir. Təqdim olunan elmi işdən əldə olunan göstəricilərin korrelyasion analizinin nəticəsi olaraq belə interpritasiya etmək olar ki, D vitaminin qan zərdabında miqdarı allergiya və astmanın yayılma dərəcəsinin artması ilə düz korrelyasiya edir. Məhz bu da bronxial astmanın müalicəsinə fərdi yanaşılması klinikeffektivliyinin yaxşılaşması ilə yanaşı emissiya dövrünün uzanması ilə də qiymətləndirilir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
40

Qalib qızı Sadıqova, Sevinc. „A healthy nation and a healthy future guarantees“. SCIENTIFIC RESEARCH 06, Nr. 2 (27.02.2022): 17–20. http://dx.doi.org/10.36719/2789-6919/06/17-20.

Der volle Inhalt der Quelle
Annotation:
Sağlam Nəsil Sağlam Gələcək Siyasəti uşaqları və gəncləri zərərli vərdişlərə qarşı şüurlu şəkildə maarifləndirməyi; Siqaret, alkoqol, narkotik, qumar və texnologiya asılılığının mənfi və dağı­dıcı təsirlərini anlamalarını təmin etməklə yeni nəslin asılılıq haqqında məlumatlılığını artırmaqla daha təhlükəsiz və sağlam bir həyata töhfə verməyi hədəfləyir. Bu baxımdan mövzumuz müasir dövr üçün olduqca aktual olmaqla, yeni yanaşma tələb edir. Açar sözlər: sağlam nəsil, sağlam gələcək, aslılıq, mənfi təsirlər, təhlükəsizlik, hüquqi ölçü, konstitusiya Sevinj Qalib Sadigova A healthy nation and a healthy future guarantees Summary Healthy Generation Healthy Future Policy to consciously educate children and youth against harmful habits; It aims to contribute to a safer and healthier life by raising awareness of the new generation of addiction by helping them understand the negative and destructive effects of smoking, alcohol, drugs, gambling and technology addiction. In this regard, our topic is very relevant for the modern era and requires a new approach. Key words: healthy generation, healthy future, addiction, negative effects, security, legal dimension, constitution
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
41

Əlövsət qızı Qurbanova, Ülkər. „Effect of the emotional situation in the family on the formation of psychological defense mechanisms in babies“. SCIENTIFIC WORK 77, Nr. 4 (17.04.2022): 94–98. http://dx.doi.org/10.36719/2663-4619/77/94-98.

Der volle Inhalt der Quelle
Annotation:
Körpəlik yaş dövrü uşağın fiziki,əqli və emosional cəhətdən ən sürətli inkişaf etdiyi dövrdür. Ailə və uşaq arasında qurulan güvənli bağlılıq münasibətləri uşağa sağlam bir psixoloji inkişaf bəxş edir. Təhlükəsiz bağlılıq emosional sağlamlığın bir hissəsidir. Hər bir insanda mövcud olan və qarşılaşdığı hadisələrə qarşı nümayiş etdirdiyi müdafiə mexanizmlərinin formalaşması uşaqlıq illərinə gedib çıxır. Hal-hazırda uşaq psixologiyası və psixoterapiyasında psixoloji müdafiə problemi ən aktual və müzakirə olunan məsələlərdən biridir. Uşağa psixoloji müdafiə mexanizmlərini düzgün formalaşdırmağa kömək edən valideyn onun şəxsiyyətinin inkişafına, sosial uyğunlaşma qabiliyyətinin artmasına, habelə psixi pozğunluqların qarşısının alınmasına kömək edir. Uşaqların sağlam ailədə böyüməsi üçün ilk növbədə həmin ailədə ana atanın bir-biri ilə şəxsi münasibətləri çox önəmlidir. Valideynlərin özünün də övladlarına sağlam davranışlar sərgiləməsi ,onların şəxsi xarakter xüsusiyyətlərindən və bir-birilərinə olan münasibətlərindən qaynaqlanır. Açar sözlər: valideyn münasibətləri, ailədaxili ünsiyyət, psixoloji müdafiə, körpələrdə psixoloji müdafiə, emosional vəziyyət, müdafiə mexanizmləri Ulker Alovsat Gurbanova Effect of the emotional situation in the family on the formation of psychological defense mechanisms in babies Abstract Infancy is the period when a child develops the most physically, mentally and emotionally. Reliable communication between family and child gives the child a healthy psychological development. Safe attachment is part of emotional health. The formation of defense mechanisms that each person has and demonstrates against the events they face goes back to childhood. Currently, the problem of psychological protection in child psychology and psychotherapy is one of the most pressing and discussed issues. A parent who helps the child to form psychological defense mechanisms correctly helps to develop his personality, increase his ability to adapt socially, as well as prevent mental disorders. In order for children to grow up in a healthy family, first of all, the personal relationship of parents in that family is very important. The fact that parents themselves show healthy behavior to their children stems from their personal characteristics and attitudes towards each other. Key words: parental relationships, family communication, psychological defence, psychological defense in infants, emotional state, defence mechanisms
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
42

Garakhanova M.S. und Mahbub-iIran S. „Azərbaycanda covid19 pandemiyası ilə bağlı bilik, təcrübə və münasibətlərin öyrənilməsi məqsədilə əhali arasında aparılan sorğunun nəticələri“. NATIONAL JOURNAL OF NEUROLOGY, Nr. 18 (22.01.2021): 67–73. http://dx.doi.org/10.28942/nnj.v2i18.308.

Der volle Inhalt der Quelle
Annotation:
Sorğu Qızıl Aypara Cəmiyyətinin fəaliyyət göstərdiyi şəhər və rayonları əhatə etməklə Bakı, Abşeron, GəncəQazax, Lənkəran, Yuxarı Qarabağ, Mərkəzi Aran, Dağlıq Şirvan və QubaXaçmaziqtisadi rayonlarında keçirilib. Naxçıvan Muxtar Respublikası və işğal altında olan regionlar sorğuda əhatə edilməyib. Eyni zamanda işğal edilmiş rayonların etnik azərbaycanlı əhali qrupu da sorğuya cəlb olunub. Tədqiqata 16 yaşdan yuxarı respondentlər cəlb olunmuşdur. 18 yaşa qədər uşaqların tədqiqata cəlb olunması üçün öncə onların valideynlərinin razılığı alınmışdır. Beləliklə, COVID19pandemiyanın ilk aylarında həyata keçirilən tədqiqatın nəticələri əhali arasında qoruyucu vasitələrdən istifadə qaydaları, əllərin düzgün yuyulması, sosial məsafənin qorunmasının üstünlükləri ilə bağlı maarifləndirmə işinin daha da geniş və müntəzəm şəkildə həyata keçirilməsi zəruridir. Tibbi profilaktik vasitələri əldə etməkdə çətinlik çəkən şəxslərin bu vasitələrlə pulsuz təmin olunmasına müvafiq qurumların dəstək göstərməsi əhalinin yoluxma hallarının aşağı düşməsinə kömək olar.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
43

Qocayev, X. R. „Yeniyetmə və gənclərin sağlamlığının möhkəmləndirilməsində fiziki tərbiyənin rolu“. Scientific News of Academy of Physical Education and Sport 1, Nr. 1 (14.11.2018): 69–73. http://dx.doi.org/10.28942/ssj.v1i1.20.

Der volle Inhalt der Quelle
Annotation:
Bu gün böyüməkdə olan nəslin fiziki hazırlıq məsələsi hamını ciddi olaraq maraqlandırmalıdır.Elə bunun nəticəsidir ki, ildən-ilə bu məsələ ilə bağlı yüksək səviyyəli qərarlar qəbul edilir,fiziki tərbiyə və idmana qayğı artır,gənclərin idmana olan marağı və həvəsi çoxalır. İnsan sağlamlığı cəmiyyətin,dövlətin və ailənin ən güclü sərvətidir. Bu sərvəti daima qoruyub saxlamaq üçün yeniyetmə və gənclərdə fiziki kamilliyə və sağlam həyat tərzinə olan təlabatı formalaşdırmalıyıq. Bizim gələcəyimiz olan yeniyetmələr və gənclər təkcə savadlı, sədaqətli, ideyalı olmaqla kifayətlənməməli, həm də fiziki cəhətdən möhkəm və sağlam olmalıdır. Əyani faktlara əsaslanaraq göstərmək olar ki, fiziki tərbiyə və idmanla məşğul olmaq uşaq və yeniyetmələrin orqanizminin saglam olmasına kömək edir. Belə ki, hər gün icra edilən fiziki hərəkətlərin təsiri nəticəsində uşaqlarda ağ ciyərin həyat tutumu böyüyür, ürək-damar sisteminin işi yaxşılaşır, dayaq hərəkət aparatı möhkəmlənir, əzələlər bərkiyir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
44

Yaqub qızı Mahmudova, Aynur. „Developmental features of communication in early childhood“. SCIENTIFIC WORK 80, Nr. 7 (17.07.2022): 47–51. http://dx.doi.org/10.36719/2663-4619/80/47-51.

Der volle Inhalt der Quelle
Annotation:
Müasir inkişaf psixologiyasında erkən uşaqlıq illərində uşağın psixososial inkişafının qanuna­uyğunluqlarının, şərait və amillərinin öyrənilməsinə əsaslı diqqət yetirilir. Bu ilk növbədə onunla əlaqədardır ki, erkən uşaqlıq illərində uşağın psixi inkişafında baş verən dəyişikliklər onun sonrakı yaş mərhələlərində səmərəli inkişafı üçün əlverişli şəraitin yaradılmasını təmin edirlər. Digər tərəfdən isə, erkən uşaqlıq mərhələsi psixi funksiyaların mexanizmlərinin formalaşması baxımından senzitiv xarakter daşıyır və bu yaş dövrünə xas olan imkanların reallaşdırılması çox mühüm olan psixopedaqoji vəzifə kimi qarşıda durur. Bu baxımdan uşaq şəxsiyyətinin inkişafında ünsiyyətin rolunun məzmunlu planda öyrənilməsi və uşağın həyatının ilk illərində onun psixoloji nəticələrinin aşkarlanması həm nəzəri və həm də tətbiqi-praktik baxımdan böyük maraq doğurur. Bunu nəzəri alaraq məqalədə erkən uşaqlıq dövründə ünsiyyətin inkişafının əsas istiqamətləri araşdırılaraq təhlil edilmiş və bu zəmində çoxsaylı faktların və təzahür edən psixoloji törəmələrin mexanizmlərinin aşkarlanmasına nail olunmuşdur. Açar sözlər: uşaq, şəxsiyyət, ünsiyyət, psixi, inkişaf Aynur Yagub Mahmudova Developmental features of communication in early childhood Abstract Modern developmental psychology pays special attention to the study of the laws, conditions and factors of psychosocial development of the child in early childhood. This is primarily due to the fact that changes in the mental development of the child in early childhood provide a favorable environment for its effective development in later life. On the other hand, the early childhood stage is sensitive in terms of the formation of mechanisms of mental functions, and the realization of the opportunities inherent in this age is a very important psychopedagogical task. In this regard, the study of the role of communication in the development of the child's personality and the discovery of its psychological consequences in the first years of life is of great interest, both theoretically and practically. Taking this into account, the article analyzes and analyzes the main directions of the development of communication in early childhood, and on this basis, many facts and mechanisms of psychological manifestations are revealed. Key words: child, personality, communication, mental, development
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
45

Alifaga Muslimova, Sevda, Nushaba Fizuli Alishova, Ilhama Malik Karimova und Raida Shamsaddin Vazirova. „PAPILLOMAVIRUS INFECTION AND CERVICAL PATHOLOGY“. SCIENTIFIC WORK 74, Nr. 1 (17.01.2022): 63–67. http://dx.doi.org/10.36719/2663-4619/74/63-67.

Der volle Inhalt der Quelle
Annotation:
Papillomavirus infection is one of the most common sexually transmitted infections. The aim of the study was to study the etiologic significance of the papillomavirus infection in the development of background diseases of the cervix and neoplasia. Under observation were 62 patients aged 18 to 55 years infected with human papillomavirus. All patients underwent complex clinical and anamnestic, laboratory and instrumental examination. Also, a review and advanced colposcopy was performed. As a result of the study, 53 (85.4%) women under observation were found to have various pathologies of the cervix. Dysplasia of mild degree (CIN 1 degree) was found in 12 (57.1%), moderate dysplasia (CIN 2 degree) - in 9 (42.9%) women. With further examination, it was found that patients along with dysplasia of varying severity had concomitant pathology of the cervix uteri. Cervical dysplasia was most often diagnosed in combination with another pathology of the cervix, which accounted for 85.7% of cases. It has been established that squamous epithelial lesion of the cervix is most often a consequence of late diagnosis and an untreated background process. At the same time, modern diagnostics requires a whole range of diagnostic measures to establish a diagnosis in the early stages of development and conduct differential diagnosis of a benign or malignant process. Key words: papillomavirus infection, cervix, colposcopy Sevda Alifaga Muslimova Nushaba Fizuli Alishova Ilhama Malik Karimova Raida Vazirova Xülasə Papillomavirus infeksiyası cinsi yolla keçən infeksiyalardan biridir. Tədqiqatın məqsədi uşaqlıq boynu və neoplaziyanın fon xəstəliklərinin inkişafında papillomavirus infeksiyasının etioloji əhəmiyyətini öyrənmək idi. İnsan papillomavirusuna yoluxmuş 18 yaşdan 55 yaşa qədər 62 xəstə müşahidə altında olub. Bütün xəstələr kompleks klinik və anamnestik, laboratoriya və instrumental müayinədən keçdilər. Həmçinin, baxış və təkmil kolposkopiya aparıldı. Araşdırma nəticəsində müşahidə altında olan 53 (85,4%) qadında uşaqlıq boynunun müxtəlif patologiyaları aşkar edilib. Yüngül dərəcəli displaziya (CIN 1 dərəcə) 12 (57,1%), orta displaziya (CIN 2 dərəcə) - 9 müayinədə müxtəlif şiddətli displaziya ilə birlikdə xəstələrdə uşaqlıq boynunun müşayiət olunan patologiyası aşkar edilmişdir. Servikal displaziya ən çox serviksin başqa patologiyası ilə birlikdə diaqnoz qoyuldu ki, bu da qadınların 85,7%-ni (42,9%) təşkil edirdi. Əlavə hallarla. Müəyyən edilmişdir ki, uşaqlıq boynunun skuamöz epiteliya zədələnməsi çox vaxt gec diaqnozun və müalicə olunmamış fon prosesinin nəticəsidir. Eyni zamanda, müasir diaqnostika inkişafın erkən mərhələlərində diaqnoz qoymaq və yaxşı və ya bədxassəli prosesin differensial diaqnostikasını aparmaq üçün bütün diaqnostik tədbirlərin həyata keçirilməsini tələb edir. Açar sözlər: papillomavirus infeksiyası, uşaqlıq boynu, kolposkopiya
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
46

Aliyeva S.A. „Üz kəlləsinin asimmetriyasının aşkarlanmasinda müasir radioloji müayinə metodlarinin effektivliyinin təyini“. Journal of Theoretical, Clinical and Experimental Morphology 2, Nr. 1-2 (19.02.2021): 70–77. http://dx.doi.org/10.28942/jtcem.v2i1-2.151.

Der volle Inhalt der Quelle
Annotation:
İşin məqsədi. Tədqiqatın məqsədi kəllənin üz şöbəsinin asimmetriyasının aşkar edilməsində şüa diaqnostikasının müasir müayinə metodlarının imkanlarını qiymətləndirmək.olmuşdur.Material və metodlar. Tədqiqatda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yerinə yetirilmiş 12 ədəd rentgenoqramın, 20 ədəd kompüter və 8 ədəd maqnit-rezonans tomoqramların morfoloji analizi aparılmışdır.Nəticələr. Nəticələr göstərmişdir ki, erkən uşaqlıq yaş dövrlərinə aid insan kəllələrindən çəkilmiş rentgenoqramlarda ancaq kəllənin ümumi konturu, əng, çənə sümükləri və onlarda yerləşən diş mayaları müəyyən olunur. Üz kəlləsinin digər strukturlarını bir-birindən fərqləndirmək mümkün olmur. Birinci uşaqlıq yaş dövrünə aid kəllələrin rentgenoqramlarında artıq göz yuvasının ümumi konturlarını, alın və əng ciblərinin inkişaf dərəcəsini müəyyən etmək olur. Yeniyetmə kəllələrin ön proyeksiyada çəkilmiş rentgenoqramlarında göz yuvasının yuxarı divarının relyefi yeri yaxşı görünür. Başın frontal kəsikdə aparılmış tomoqramlarında göz yuvasının aşağı divarı orta burun keçəcəyi səviyyəsində yerləşərək orta xətlə düz bucaq əmələ gətirir. Maqnit-rezonans tomoqramların təhlilin nəticələri göstərmişdir ki, başın frontal kəsikdə aparılmış tomoqramlarında göz almasının və onu əhatə edən yumşaq toxumaların, alın və əng ciblərinin konturları yaxşı görünür. Maqnit-rezonans tomoqramların təhlilinin nəticələri göstərmişdir ki, başın frontal kəsikdə aparılmış tomoqramlarında göz almasının və onu əhatə edən yumşaq toxumaların, alın və əng ciblərinin konturları yaxşı görünür, horizontal kəsikdə aparılmış tomoqramlarda isə göz alması, görmə siniri, göz almasının içəri və bayır düz əzələləri lazımı dərəcədə təyin edilir.Yekun. Üz kəlləsində asimmetriyanı öyrənmək üçün rentqenoloji və maqnit-rezonans tomoqrafiya müayinə üsulları az informativdirlər. Bu tədqiqat üsulu üz kəlləsinin xətti ölçülərini yüksək dəqiqliklə müəyyən etməyə imkan vermir. Kompüter tomoqrafiya üsulu ilə isə müxtəlif müstəvilərdə kraniometrik göstrəiciləri dəqiq müəyyən etmək olur.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
47

Elxan qızı Quliyeva, Mehriban. „Evaluation of profile ratio, vegetative regulation of central and perperific contours in children suffering from enuresis“. NATURE AND SCIENCE 20, Nr. 5 (17.05.2022): 6–11. http://dx.doi.org/10.36719/2707-1146/20/6-11.

Der volle Inhalt der Quelle
Annotation:
Yetərincə mübahisəli fikir və hipotezaların mövcudluğu ilə yanaşı, işlərin əksəriyyətində enurezdən əziyyət çəkənlərdə vegetativ sinir sisteminin müxəlif səviyyələrində, limbik və retikulyar kompleksdən detruzorun qəbuledici reseptorlarınadək, funksional xarakterli disrequlyator proseslərin mövcudlu­ğundan bəhs edilir. Digər tərəfdən, vegetativ tənzimlənmənin hər iki hissəsinin fəallığının lokal kontur səviyyəsində artması ilə enurezdən əziyyət çəkən xəstələr üçün 40.1% > hallarda VDS vaqotonik tipi müşahidə edilmiş, lokal kontur səviyyəsində parasimpatik təsirlərin üstünlük təşkil etdiyi xəstələrdə isə vaqotoniklərin payı 25.5% təşkil etmişdir. Açar sözlər: korrelyasiya asılılığı, normoreflektor sidik kisəsi, ritmin vegetativ göstəricisi, mərkəzləşmə indeksi Mehriban Elkhan Guliyeva Evaluation of profile ratio, vegetative regulation of central and perperific contours in children suffering from enuresis Abstract Most studies discuss the existence of functional disregulatory processes at different levels of the autonomic nervous system, from the limbic and reticular complexes to the receptors of the detrusor in addition to the existence of sufficiently controversial opinions and hypotheses. On the other hand, VAG vagotonic type was observed in 40.1% of patients with enuresis with an increase in the activity of both parts of vegetative regulation at the local contour level, and the share of vagotonics in patients with parasympathetic effects at the local contour level was 25.5%. Key words: correlation dependence, normoreflex bladder, vegetative indicator of rhythm, concentration index
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
48

S.A. Aliyev, H.E. Mammadova, L.F. Abuzarova und K.K. Heydarli. „10-15 yaşlı məktəblilərin fiziki inkişafına və morfofunksional xüsusiyyətlərinə fiziki tərbiyə məşğələlərinin təsiri“. Scientific News of Academy of Physical Education and Sport 1, Nr. 4 (19.04.2020): 29–35. http://dx.doi.org/10.28942/ssj.v1i4.163.

Der volle Inhalt der Quelle
Annotation:
Məqalədə 10-15 yaşlı məktəblilərin fiziki inkişafına və morfofunksional xüsusiyyətlərinə fiziki tərbiyə məşğələlərinin təsirini əks etdirən nəticələr öz əksini tapmışdır. Müəyyən olunmuşdur ki, fiziki tərbiyə hərəkətləri məktəblilərin fiziki inkişafına və morfofunksional göstəricilərinə təsir edir. Bu zaman bədən kütləsinin göstəricilərinə görə artma 10-11 yaşlarından başlayaraq 13 kq-a çatmışdır və bu mövcud normadan bir qədər artıq olmuşdur. 11-12 yaşlı qızlarda bədənin kütləsi normal ölçülər çərçivəsində olmuş və bu göstəricilər il ərzində sabit qalmışdır. 12-13 yaşlı oğlanlarda və 13-14 yaşlı qızlarda bədən kütləsi göstəricisi ortadanyuxarı ölçüyə malik olmuş və sonrakı yaş dövründə sabitləşərək normal çərçivədə qorunub saxlanılır. Aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, məktəblilərin fiziki inkişafında müəyyən sürətlənməyə meyillilik daha çox onların boy ölçülərində, bədən kütləsində özünü biruzə vermiş, nəticədə ürək-damar sisteminin üzərinə böyük həcmdə yük düşmüşdür, bu da fiziki inkişafın sürətli getdiyi dövrdə ürəyin daha tez formalaşaraq , damarların inkişafının qabaqlaması ilə bağlıdır. Fiziki tərbiyə məşğələlərinin təsiri nəticəsində uşaqlarda baş verən morfofunksional dəyişikliklərin normal göstəricilərindən yeniyetmə idmançıların icra etdiyi müxtəlif xarakterli yüklərin təsirinin dinamikasını qiymətləndirmək üçün istifadə oluna bilər.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
49

H.E. Mamedova. „ZEHNİ İŞ QABİLİYYƏTİ, ONUN EFFEKTLİYİNİN FİZİKİ TƏRBİYƏ VƏ İDMAN VASİTƏLƏRİNİN KÖMƏYİ İLƏ YÜKSƏLDİLMƏSİ“. Scientific News of Academy of Physical Education and Sport 4, Nr. 4 (17.03.2023): 97–102. http://dx.doi.org/10.28942/ssj.v4i4.599.

Der volle Inhalt der Quelle
Annotation:
Zehni işgörmə bacarığı məşq yükünə adaptasiyanın əsas meyarlarından biri və orqanizmin yorğunluğa qarşı müqavimətinin göstəricisidir. Təlim prosesində şagirdin zehni fəaliyyəti öyrənmə uğuru şəklində faydalı, son nəticəyə malik funksional sistemdir. Zehni işi qiymətləndirmək üçün gigiyenik, fizioloji, psixofizioloji, didaktik qiymətləndirməni əhatə edən sistematik bir yanaşma lazımdır. Uşaqların məktəbə uyğunlaşması bir çox amillərdən asılıdır, ümumi sağlamlıq əhəmiyyətli dərəcədə təsir göstərir. Qeyd olunur ki, uzun müddət davam edən psixi gərginlik orqanizmə depressiv təsir göstərir ki, bu da keyfiyyət və kəmiyyət göstəricilərinin aşağı düşməsi, görmə analizatorunun labilliyinin azalması, konsentrasiyanın, yerdəyişmənin və diqqətin sürətinin pisləşməsi ilə ifadə olunur. Bu, çox sayda səhv, sadə və xüsusilə mürəkkəb sensorimotor reaksiyaların gizli dövrünün artması ilə ifadə edilə bilər. Həmçinin, zehni performansın mərhələ xarakteri daşıdığı və gün, həftə, il ərzində dəyişdiyi göstərilmişdir. Bu dəyişikliklər yüksək sinir fəaliyyəti, görmə və eşitmə analizatorlarının funksiyasının pisləşməsi, qanın oksigenlə doymasının azalması, hemodinamik parametrlərin pisləşməsi, işdən yayınmanın artması, əqli performansın azalması və digər fizioloji göstəricilər baxımından baş verir. Fiziki mədəniyyətin təkmilləşdirilməsi fiziki və əqli performansın, bədən çəkisinin və sağlamlığının optimal səviyyəsini saxlamağa, istirahətdə ürək dərəcəsini azaltmağa, bədənin aerob və anaerob imkanlarını artırmağa, yorğunluğu azaltmağa və bərpa proseslərini sürətləndirməyə imkan verir.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
50

Taleh Bandaliyev, Zaur. „İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏRİN FORMALAŞMASINA TARİXİ BAXIŞ“. SCIENTIFIC RESEARCH 08, Nr. 4 (27.04.2022): 67–71. http://dx.doi.org/10.36719/2789-6919/08/67-71.

Der volle Inhalt der Quelle
Annotation:
In today's world, there is a greater need to strengthen international control and improve systems for peaceful conflict settlement. To a certain extent, reforming international justice, including increasing the effectiveness of the International Court of Justice can solve this problem. After the first and Second World Wars, the establishment of the UN International Court of Justice (ICJ) was necessary for providing legal assistance to states in order to ensure peace both, at the national and international levels. The International Court of Justice (ICJ), commonly known as the "World Court," is tasked with resolving international law disputes submitted to it by states. The significance of the International Court of Justice's foundation and its historical need will be addressed in this article. Key words: international, criminal, international criminal, International Court of Justice, history of World Court. Zaur Taleh oğlu Bəndalıyev İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏRİN FORMALAŞMASINA TARİXİ BAXIŞ Xülasə İnsanlıq əleyhinə cinayətlər – qəsdən öldürmə, qəsdən xəsarət yetirmə, işgəncə, əzab və ya əsarət, şəxs azadlığından məhrum etmə, elmi təcrübələrə məruz qalma, cinsi təcavüz, uşaqlara qarşı cinsi istismar, məcburi hamiləlik, məcburi fahişəlik. Bu, cəmiyyətin bir hissəsinə qarşı bir plana uyğun olaraq siyasi, fəlsəfi, irqi və ya dini motivlərin sistematik şəkildə işlənməsidir. Bu konsepsiya İkinci Dünya Müharibəsindən sonra geniş istifadə olunur. Bu termin ilk olaraq 28 may 1915-də İngiltərə, Fransa və Rusiyanın, Türkiyədəki ermənilərin qətl edildikləri iddiasıyla nəşr etdikləri bəyannamədə yer almışdır. İkinci Dünya Müharibəsindən sonra qəbul edilən Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsinin yurisdiksiyasında (səlahiyyətində) bəşəriyyətə (insanlığa) qarşı cinayətlər də sayılmışdır. Tərifi və əhatə dairəsi mübahisəli olmasına baxmayaraq, həm beynəlxalq, həm də milli şəkildə cəzalandırılması üçün qaydalar qəbul edilmişdir. İnsanlıq əleyhinə olan cinayətlər quruluş baxımından motivasiya və intensivlik meyarları ilə adi cinayətlərdən fərqlənir, həm də prosedur baxımından fasilələrə məruz qalmırlar. Roma Statusu1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının konfransında beynəlxalq səviyyədə kollektiv şəkildə törədilən insanlığa qarşı cinayətləri mühakimə etmək və cəzalandırmaq məqsədi ilə qəbul edilmiş və Beynəlxalq Cinayət Məhkəməsi2002-ci il iyulun 1-dən vəzifəsinə başlamışdır. Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsi, nasistlərin sovet əsirlərinə qarşı etdikləri cinayətlərin insanlığa qarşı cinayətlərə örnək olmasına dair qərar çıxarıb. Açar sözlər: beynəlxalq, cinayət, beynəlxalq məhkəmə, Beynəlxalq Ədalət Məhkəməsi, Dünya Məhkəməsinin tarixi.
APA, Harvard, Vancouver, ISO und andere Zitierweisen
Wir bieten Rabatte auf alle Premium-Pläne für Autoren, deren Werke in thematische Literatursammlungen aufgenommen wurden. Kontaktieren Sie uns, um einen einzigartigen Promo-Code zu erhalten!

Zur Bibliographie